Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:36

Erməni ailəni qətlə yetirmiş rus əsgərə ömürlük həbs


Valery Permyakov, arxiv fotosu

Valery Permyakov, arxiv fotosu

-

Ermənistanda mühakimə olunan rusiyalı əsgər ömürlük həbsə məhkum edilib. Valery Permyakov 2015-ci ildə bir erməni ailənin yeddi üzvünü qətlə yetirməkdə təqsirli bilinib.

Ermənistanın Gümrü şəhərində Rusiya ordusunun hərbi qarnizonu yaxınlığında yerləşən məhkəmə hökmü avqustun 23-də çıxarıb. Hökmdə Permyakov-un cəzanı harada çəkəcəyi göstərilmir.

Permyakov daha öncə məhkəmədə təqsirini boynuna almışdı. Amma məhkəmədə son söz deməkdən imtina edib.

O, 2015-ci ilin yanvarında, qətldən dərhal sonra Ermənistan-Türkiyə sərhədi yaxınlığında saxlanıb. Qarnizonu da uyğun sənədlər olmadan tərk etdiyi aşkarlanıb.

Ötən ilin avqustuna Rusiya hərbi məhkəməsi onu fərarilik və digər maddələr üzrə təqsirli bilərək 10 il cəza kəsib və qətl ittihamı mühakimə olunmaqdan ötrü Ermənistan tərəfə təhvil verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG