Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:36

Avqustun 23-ü səhər saatlarında aeroport yolunda eyni vaxtda üç yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərə görə, «Komsomol» dairəsi adlanan ərazidəki körpüdə bir neçə avtomobil toqquşub. Körpünün girişində «Mercedes» və «Mitsubishi» markalı avtomobillər, üstündə isə iki «Mercedes» toqquşub. Bundan başqa, körpünün üzərində üç «Mercedes» və bir «Volkswagen» bir-birinə çırpılıb.

Xəbərdə qeyd edilir ki, qəzalarda ölən və ya ağır xəsarət alanlar olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Yolda qısamüddətli tıxac yaranıb, hazırda ərazidə araşdırma aparılır.

Bu qəzaların birdən-birə nədən baş verdiyi, hələlik, açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG