Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:37

Gəlirli daşınmaz əmlak ziyanlı olub


Rio-2016
Rio-2016

Azərbaycan idmançılarının Braziliyada keçirilən Olimpiadada uğurları, «gülençi» ittihamı ilə həbslər, dollara tələbatın yenidən artması və iş adamlarının daşınmaz əmlak biznesində düşdükləri ziyanlar bu gün medianın əsas mövzularıdır.

İSLAM, TÜRK VƏ QAFQAZ BİRİNCİSİ

«Azərbaycan» qəzetində «Azərbaycanın yeni Olimpiya rekordu» sərlövhəli məqalə dərc edilib. Məqalə Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının nəticələrindən bəhs edir. Müəllif yazır ki, Azərbaycan bu yarışlarda 18 medal qazanıb. Bunun 1-i qızıl, 7-si gümüş, 10-u isə bürünc medal olub. Medal sayına görə, Azərbaycan207 iştirakçı və 87 mükafatçı dövlət arasında 15-ci yeri tutub. İslam, türk və Qafqaz ölkələri arasında lider olub.

Yazıda komandanın Braziliyaya yola salınması mərasimində dövlət başçısı İlham Əliyevin idmançılar önünə qoyduğu konkret vəzifəni xatırladır: «Əminəm ki, olimpiyaçılarımız ölkəmizi ləyaqətlə təmsil edəcəklər və vətənə böyük qələbə ilə qayıdacaqlar».

Müəllif nəticələrdən bəhs edərkən qızılların yox, ümumilikdə medalların sayını əsas götürür: «Rio-2016-da Azərbaycan bayrağının 18 dəfə dalğalandırılması ölkəmizin təbliğatı baxımından böyük əhəmiyyətə malikdir. Dünyanın dörd bir tərəfindən milyarddan artıq tamaşaçının izlədiyi yarışlarda atletlərimizin təsnifat mərhələsindən final görüşlərinə qədər qazandıqları 60-a yaxın qələbə yalnız yüksək idman potensialının göstəricisi deyildi. Bu həm də güclü Azərbaycanın daha bir təsdiqi idi!».

Faiq Əmirli
Faiq Əmirli

GÜLÜŞ DOĞURAN HƏBSLƏR

«Azadlıq» qəzetində «Müxalifəti «gülençilik»də ittiham etmək absurddur» () sərlövhəli məqalə oxumaq olar. Məqalə son günlərdə «gülençi» ittihamı ilə gerçəkləşən həbslərə və «Azadlıq» qəzetinin yayım direktoru Faiq Əmirlinin başına gələnlərə həsr edilib.

Qəzetə danışan Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hazırdabaş verənləri 1937-ci il repressiyaları ilə müqayisə edib. O, bildirib ki, tarix yenidən təkrarlanır. Amma bu dəfə faciə kimi deyil, komediya kimi:

«Məşhur bir kəlam var ki, faciə bir dəfə baş verir. İkinci dəfə o hadisə təkrarlananda, artıq bu komediyaya çevrilir. İnsanlarda bu əməllər artıq gülüş doğurur. Sosial şəbəkələrdə insanlar hakimiyyətin bu davranışına rişxəndlə yanaşırlar. Prokurorluğun «Azadlıq» qəzetinin direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlini «nurçuların» imamı elan etməsi cəmiyyətdə ancaq gülüş doğura bilərdi. Mən bildiyim qədər, Faiq Əmirli şiə məzhəbindəndir. Digər tərəfdən Faiq Əmirli kifayət qədər dünyəvi insandır».

Ədliyyə generalı Vidadi Mirkamal da Faiq Əmirliyə qarşı ittihamı «yalan» adlandırıb: «Azərbaycan hakimiyyətinin «gülençi» ittihamları həm gülünc, həm də məntiqsizdir. Bunu Azərbaycan cəmiyyəti, beynəlxalq aləm çox gözəl bilir. Bu hakimiyyət qızarmadan, utanmadan, həyasızcasına yalan danışmağı bacarır vəbu da növbəti yalanlardan biridir».

Kinorejissor Eldəniz Quliyev isə həbsləri qarşıdan gələn referendumla izah edib: «Baş verənlər mitinqə hazırlaşan gənc fəalları prosesdən yayındırmağa hesablanıb. Amma bu addımlar əksinə demokratik düşərgəyə xeyir gətirir».

Tikinti
Tikinti

İCARƏ BİZNESİNDƏ ZƏRƏRLƏR

«Exo» qəzetində «Gəlirli daşınmaz əmlak zərərli olur» sərlövhəli məqalə ilə tanış olmaq olar .

Müəllif ekspertlərlə ölkədə icarə biznesinin hazırkı durumunu araşdırmağa səy göstərir.

«MBA Consulting» firmasının rəhbəri Nüsrət İbrahimov qəzetə bildirib ki, son vaxtlar gəlirli daşınmaz əmlakdan zərərə düşən Azərbaycan vətəndaşlarının sayı artır: «İnvestor karyerasına başlamaq istəyən şəxslər sırasında əmlak alınması çoxdan uğurlu sayılır. Təkcə inşaata deyil, hətta onu icarə üçün almaq da əlverişli biznes qərardır. Amma indi yox...».

Ekspertin fikrincə, bu biznesi indilərdə unutmaq daha yaxşıdır. Onun deməsinə görə, böhran bu biznesi vurub. Artıq icarə biznesi ilə qazanmaq istəyən potensial alıcılar gözləmə mövqeyinə keçiblər. Ekspertin bildirməsinə görə, onlar bu işi daha əlverişli vaxta saxlayıblar. Yazıda qeyd edilir ki, artıq bu biznesdə zərərlə üzləşən iş adamları da var. Bazarda təklif tələbatı bir neçə dəfə üstələyir.

Yazıda bildirilir ki, indi əksər iş adamları öz kapitallarını xaricə çıxarmağa üstünlük verirlər.

Dollar
Dollar

DOLLAR QITLIĞI

«Novoye Vremya» qəzetində isə «Azərbaycanda dollar qıtlığı var» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, manatın beş aylıq sabitlik dövründən sonra yenə də avro və dollara tələbat artıb. «Qara bazar» öz məzənnələrini müəyyən edir və bu proses hamının gözü qarşısında baş verir.

Məqalədə deyilir ki, son aylarda xarici valyutaya tələbat 10 dəfədən çox artıb və bu tələbin yaxın aylarda da davam edəcəyi gözlənilir.

Müəllif vurğulayır ki, artıq bir sıra banklar ya dollar satışını dayandırıb, ya da bu prosesə limit qoyub.

Qəzetə danışan ekspertlər bunasəbəb olaraq ölkəyə əmtəə idxalının artmasını və xaricə kapital axının güclənməsini göstərirlər. Məqalədə qeyd edildiyinə görə, ölkədə dollar qıtlığı hətta o həddə çatıb ki, banklarbəzən ölkəyə gələn ərəb turistlərin istəyini belə gerçəkləşdirə bilmirlər. Ekspertlər deyirlər ki, ölkədən çıxan valyutanın həcmi ölkəyə daxil olan valyutanın həcmini üstələyir. Onların fikrincə, hələ ki, hökumət üçüncü devalvasiyaya getməməyə səy göstərir. Ancaq onun bu səyinin doğrulacağı ciddi şübhələr doğurur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG