Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:31

Türkiyə Suriyaya zərbələr endirir


Suriyanın Türkiyəylə sərhəd Qamışlı şəhəri, arxiv fotosu

Suriyanın Türkiyəylə sərhəd Qamışlı şəhəri, arxiv fotosu

-

Türkiyə Suriya ilə sərhədi boyunca ABŞ-ın dəstəklədiyi kürd silahlıları, eləcə də İslam Dövləti (İŞİD) qruplaşmasının mövqelərinə zərbələr endirib.

Avqustun 23-də Türkiyə ordusu Carabulus və Manbic sərhəd şəhərlərindəki İŞİD ekstremistləri və kürd YPG silahlılarını atəşə tutub. Bu şəhərləri bir müddət öncə kürd qüvvələri İŞİD-dən alıb.

Xarici işlər naziri Mevlut Cavusoglu avqustun 22-də televiziya ilə çıxışında deyib ki, ölkənin Suriya ilə sərhədi İŞİD-dən “tamamilə təmizlənməlidir”.

Avqustun 20-də Türkiyənin cənub-şərqində yerləşən Qaziantep şəhərində toy məclisində törədilən intiharçı hücumunda 53 nəfər həlak olub, onlarla adam yaralanıb. Prezident Recep Tayyip Erdogan həmin hücumda İŞİD-in əli olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG