Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:43

-

Avqustun 22-də BMT Təhlükəsizlik Şurasının Suriyayla bağlı keçirdiyi iclasda fotosu dünyanı sarsıtmış hələbli oğlandan danışıblar.

BMT rəsmisi, eləcə də şura üzvləri aylardır hökumətin mühasirəsində qalmış bu şəhərə humanitar yardım məqsədilə döyüşlərə fasilə vermək məsələsini qaldırıblar.

Təcili yardım maşınındakı üst-başı qana, toza bulaşmış 5 yaşlı Omran Daqneesh dağılmış şəhərin simvoludur, şura üzvləri belə deyiblər.

Omranla ailəsi ötən həftə, hava zərbəsindən sonra dağıntılar altından çıxarılıb. Onun 10 yaşlı oğlu Ali aldığı yaralardan avqustun 20-də həlak olub.

“Bir dəqiqə dayanıb təsəvvür edin ki, o, sizin uşağınızdır, bu uşaq dəhşətli müharibə barədə heç nə bilmir”, BMT-nin humanitar məsələlər üzrə rəsmisi Stephen O'Brien deyib.

O'Brien xəbərdarlıq edib ki, bütün tərəflər ötən həftə Rusiyanın təklif etdiyi humanitar fasiləyə razılaşmasalar, Hələb “humanitar fəlakət”ə çevrilə bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG