Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:20

Timbuktuda tarixi abidəni dağıtmış islamçı:"Məni bağışlayın"


Malidə islamçılar Timbutkudakı tarixi abidəni dağıdırlar.

Malidə islamçılar Timbutkudakı tarixi abidəni dağıdırlar.

-

Bu günlərdə Haaqa məhkəməsində Malidən olan islamçı Ahmad al-Mahdi-nin məhkəməsi gedir. Ahmad al-Mahdi vaxtilə Malidə yaradılmış "Ansar-ad-Din" adlı al- Gaidaya yaxın bir islamçı qruplaşmanın rəhbəri olub. Onun dəstəsi Malinin Timbuktu adlı tarixi şəhərini nəzarətdə saxlayıb və 2012-ci ildə burdakı 16 məsciddən 14-ünü dağıdıb. Törətdiyi cinayət əməllərindən sonra Nigeryaya qaçan Al-Mahdi orda həbs olunaraq Haaqa tribunalına verilib.

"Guardian" qəzeti yazır ki, boz kostyum və mavi köynək, qalstuk geyinmiş, uzun saçlarını arxaya daramış və gözünə eynək taxmış Mahdi günahlarının bağışlanması üçün islami təlimlərə can atıb: "Biz hətta özümüzlə bağlı olduqda belə ədalətli danışmalıyıq. Öz əllərimizin yanacağını bilsək belə həqiqətin tərəfində olmalıyıq" - deyib.

İslamçı qruplaşmanın lideri Ahmad Al-Mahdi Haaqa tribunalında.

İslamçı qruplaşmanın lideri Ahmad Al-Mahdi Haaqa tribunalında.

Haaqa məhkəməsində müharibə cinayəti ilə bağlı başlanmış məhkəmə işi zamanı danışan al-Mahdi günahını boynuna alıb və Timbuktu xalqı üçün böyük dini və mədəni önəmi olan bir abidəni dağıtdığı üçün "dərin peşmançılıq" çəkdiyini deyib.

"Onların əffinə sığınıram və mənə yolundan dönmüş oğlanları kimi baxmalarını istəyirəm. Məni bağışlasınlar. Bu mənim sonuncu səhvim olar". -deyib.

Buna da baxın: "Haaqa Məhkəməsi irslə bağlı işə baxır"

Xatırladaq ki, Timbuktu Afrikanın şimalında XIV-XV-ci əsrlərə aid islam dininin tədrisi mərkəzidir. Burda çoxlu məscidlər, mədrəsələr, yüz min qədim kitabdan ibarət kitabxana var. YUNESKO bu abidəni "Məhv olmaq təhlükəsi altında" olan abidələr siyahısına salıb.

Timbuktudakl tarixi abidələrdən biri.

Timbuktudakl tarixi abidələrdən biri.

2012-ci ildə bu qədim şəhəri tutaraq bir neçə aylığına orda şəriət höküməti qurmuş "Ansar-ad-Din" adlı islamçı qruplaşmasının rəhbəri Ahmad al-Mahdi-yə törətdiyi əməllərə görə Haaqa tribunalı tərəfindən 30 ilə qədər həbs cəzası veriləcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG