Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 07:10

İstanbulda LGBT fəalının qətlinin araşdırılması tələbi ilə aksiya keçirilib


İstanbulda LGBT aksiyası

İstanbulda LGBT aksiyası

İstanbulun mərkəzində transgender qadın və LGBT fəalının öldürülməsinin ədalətli araşdırılması tələbi ilə aksiya keçirilib.

Aksiyada 200-dən çox adam iştirak edib.

Ötən istirahət günlərində meşədə 22 yaşlı Hande Kaderin yandırılmış cəsədi aşkar edilib.

Amma bu işlə bağlı heç kim həbs olunmayıb.

Bu son həftələrdə İstanbulda baş verən ikinci belə qətldir.

İyulun sonunda isə suriyadan olan cinsi azlıq Məhəmməd Visam Sankarinin başsız və pis hala salınmış cəsədi aşkar edilib.

Homoseksualizm Türkiyədə qanuni olsa da hüquq müdafiəçiləri ölkədə cinsi azlıqlara qarşı nifrətin ardığını deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG