Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:32

Tbilisi meri ağacların kəsilməsinə görə cavab verməli olacaq


Foto arxiv

Foto arxiv

Tbilisi şəhər şurasının müxalifətdə olan deputatları şəhər meri David Narmaniyanın ağacların kəsilməsinə görə növbədənkənar iclasda hesabat verməsini tələb edirlər.

“Vahid milli hərəkat” partiyasının deputatı İrakli Abesadze bildirib ki, Kazbeqi prospektində onlarla ağacın kəsilməsi bir daha meriyanın çoxlu problemləri olduğunu göstərir.

Partiyanın çağırışına respublikaçılar və “Birləşmiş demokratlar” fraksiyası, həmçinin müstəqil deputatlar da qoşulub.

Buna səbəb “Feysbuk” la 50-ə yaxın kəsilmiş ağacın fotolarının yayılması olub.

Tbilisinin mərkəzində yerləşən həmin ərazidə mehmanxana komplesi tikmək planlaşdırılır.

“Partizan bağçılıq” təşkilatının lideri Nata Peradze buna diqqət çəkmək üçün meriyanın binasında aclıq aksiyasına başlayıb.

Mer isə deyir ki, şəhərsalma meriyanın qarşısında duran əsas məsələlərdəndir və bu kompleksin tikintisi 2 min iş yeri yaradacaq.

Kompleks təxminən 65 milyon dollara başa gələcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG