Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:12

-

Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan “Respublika” təşviqat qrupu referendumla bağlı toplanan seçici imzalarını Mərkəzi Seçki Komissiyasına (MSK) təhvil verib.

Bu haqda Müsavat başqanının müavini, təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Yadigar Sadıqov məlumat verib.

“Ümumilikdə 88 seçki dairəsindən 41 128 imza toplanaraq müvafiq qaydada MSK-ya təhvil verildi. İmza toplanması prosesində müsavatçılarla yanaşı “Nida” və D-18 təşkilatlatının nümayəndələri də aktiv iştirak ediblər ”,-Yadigar Sadıqov bildirib.

Yadigar Sadıqov qeyd edib ki, Seçki Məcəlləsinə əsasən MSK ən geci bir həftə ərzində “Respublika” təşviqat qrupunun rəsmi qeydə alınması məsələsinə baxmalıdır.

Avqustun 22-də imza toplanma mərhələsi başa çatır. Təşviqat qrupunun qeydiyyatından ötrü 40 min imza tələb edilir.

Hələlik, indiyə kimi 3 təşviqat qrupu qeydiyyatdan keçib. Bunların biri hakim Yeni Azərbaycan Partiyasının yaratdığı “Yeni Azərbaycan ”, digərləri isə “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti” təşəbbüs qruplarıdır.

“Bələdiyyə” təşəbbüs qrupunu bəzi bələdiyyələr, “Vətəndaş Cəmiyyəti”ni isə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə bir sıra QHT-lər yaradıblar.

Həmin təşəbbüs qruplarının üçü də dəyişikliklərin lehinədir.

Dəyişikliklərin əleyhinə olan siyasi qüvvələrdən Milli Şura referendumu boykot etmək qərarı verib.

Referendumda dəyişikliklərin əleyhinə təbliğat aparmaq qərarı verən REAL Hərəkatı avqustun 22-də prosesdən çəkildiyini elan edib. Hərəkat qərarını hökumətin basqıları ilə izah edib.

Müsavat Partiyası da dəyişikliklərin əleyhinədir.

Konstitusiyaya dəyişiklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG