Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 11:02

Rusiyanın Həmədan bazasından istifadə eləməsi dayandırılıb


 Bahram Ghasemi

Bahram Ghasemi

Rusiya təyyarələrinin İranın Həmədan bazasından istifadə eləməsi dayandırılıb.

Bunu İran xarici işlər nazirliyinin sözçüsü Bəhram Qasimi avqustun 22-də keçirdiyi mətbuat konfransında deyib: “Rusiyanın İranda hərbi bazası yoxdur və orda təyyarələr yerləşdirməyib. Rusiya bu bazadan, onun istəyi ilə müvəqqəti istifadə edib və hazırda əməliyyat dayandırılıb”, deyə Qasimi vurğulayıb.

İranın müdafiə naziri Hüseyin Dehqan bundan əvvəl Rusiyanı bu bazadan istifadə etməsi barədə məlumat yaydığına görə tənqid edib və bunu lovğalıq adlandırıb.

O bildirib ki, Rusiya supergec olduğunu göstərməyə çalışır.

Qeyd edək ki, Rusiya ötən həftə Həmədan bazasından istifadə edərək Suriyaya hava zərbələri endirib.

İran rəsmiləri deyir ki, Rusiya təyyarələri bazadan yalnız yanacaq doldurmaq üçün istifadə ediblər və bu iki ölkə arasındakı strateji tərəfdaşlıq çərçivəsində edilib.

Rusiya ilə İran Suriya müharibəsində prezident Bashar Assadın tərəfini saxlayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG