Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:17

İraq və Nigeriya xəbərləri nefti saldı


arxiv
arxiv

Neft İraqın ixracını artırmağa başlaması və Nigeriyada üsyançıların danışıqlara hazır olmalarını bəyan etmələrindən sonra ucuzlaşıb.

Kərkükdə üç neft sahəsindən ixracın təkrar başlaması ilə İraqın ixracı yaxın bir neçə gündə 5 faiz artacaq. Nigeriyada üsyançılar öz internet saytlarından etdikləri açıqlamada, neft sahələrinə hücumları dayandırdıqlarını və hökumət ilə danışıqlar aparacaqlarını bildirib.

Bazar ertəsi Qərbi Texas nefti (WTI), Nymex birjasında 1,2% düşərək bareli 48,53 dollara qədər enib. Brent nefti isə, Londonda ICE Futures Europe birjasında 1,6% düşərək bareli 50,14 dollara olub.

XS
SM
MD
LG