Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 12:46

-

Gürcüstan hakimiyyəti bildirir ki, Rusiyadan Ermənistana qaz daşıyan kəmərə “terror aktı”nın qarşısını alıblar.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti avqustun 22-də yaydığı bəyanatda qeyd edir ki, iki gün öncə yeddi nəfər saxlanıb.

Şübhəlilərdən beşinə qanunsuz silah-sursat, partlayıcı almaq və saxlamaq ittihamı irəli sürülüb. Onların “terror hücumu həyata keçirmək məqsədilə” həmin silahları əldə etdiyi bildirilir. Şübhəlillərin hamısı gürcüstanlıdır.

Məlumatda deyilir ki, onlar paytaxt Tbilisinin 20 kilometrliyində yerləşən Saguramo kəndi yaxınlığındakı qaz kəmərini partlatmağı planlaşdırıblar.

Polis zabiti Levan Mamporia da saxlanıb, vəzifədən sui-istifadədə şübhəli bilinir. Yeddinci şübhəli hazırlanma mərhələsində cinayətdən xəbər tutub məlumat verməməkdə təqsirli bilinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG