Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 17:39

Şeir axmaqlara xidmət etmir, qapılarını məsumların üzünə açır


Argentina şairi Aldo Pellegrini
Argentina şairi Aldo Pellegrini

-

Oxu Zalı Argentina şairi və esseçisi Aldo Pellegrininin şeir haqda essesini təqdim edir.

Aldo Pellegrini

ŞEİR VƏ AXMAQLAR

Şeirin axmaqlar üçün bərk-bərk qıfıllanmış qapısı var, amma di gəl ki, məsumların üzünə axıra qədər açıqdır o qapı. Açarı yaxud qıfılı yoxdur bu qapının, amma ele yaradılıb ki, axmaq ha əlləşsə içəri girə bilməz; məsumunsa kölgəsi görünsə bəsdir, dərhal taybatay üzünə açılacaq. Axmaqlıqla məsumiyyət qədər əks cəbhələrdə dayanan ikinci bir şey yoxdur. Axmağın xarakterik xüsusiyyəti, oturuşmuş avtoritar mühitində yerini tutub mütəmadi öz nüfuzunu göstərməkdir. Məsum isə, ondan fərqli olaraq, belə bir nüfuzdan imtina edir, çünki o güc hər kəsə aiddir.

Əlbəttə ən ali poetik sima olan məsumiyyətin ünvanı xalqdır. Xalqın içərisində isə iqtidarın təzyiqinin əzabı altında inləyənlərdir. Məsum, özü xəbərdar olsa da, olmasa da dəyərlər dünyasında (əsas da sevgiylə) hərəkət edir; axmağın isə yeganə dəyəri nüfuzundan istafadə edərək özünə qurduğu bir dünyadır.

Axmaqlar gücü hakimiyyətin hər hansı bir sütunanda axtarırlar: əvvəlcə pulda, sonra hökumətin ən yuxarı eşalonundakı bürokratlardan ən xırda, amma çürümüş və iyrənclərin nüfuzuna qədər, kilisənin nüfuzundan, mətbuatın nüfuzuna qədər, bankirlərin nüfuzundan qanunvericilərin nüfuzuna qədər bütün dövlət qurumlarında axtararlar. İqtidarın bu böyük ordusu təbədən-dırnağa şeirə qarşı silahlanıb.

Buna da bax: "Camal Süreya: Borc ödəyirəmmiş kimi yazdım şeirlərimi..."

Şeir azadlıq deməkdir, həqiqi insanın, özünü ifadə etmək istəyən insanın fəaliyyət növü deməkdir, bunun üçün də heç şübhəsiz axmaqların gözündə böyük görünür. Öz qurduqları bu süni və saxta dəyərlərin hökm etdiyi dünyada axmaqlar göz oxşayan şeylərə ehtiyac duyurlar: bəzək-düzəkli paketlərə, cürbəcür göz qamaşdırıcı əşyalara, ləl-cəvahirata və bunlara bənzətdikləri şeirə. Onların istifadə etdiyi bu şeirdə, söz və obraz dekorativ şeylərə çevrilir və bu halda şeirin özünəməxsus ahəngindən gələn gücü qırılır. Beləcə qarşımıza “rejim şeiri” deyilən şey çıxır; bəzədilmiş şeir, toxunanda cing-cing cingildəyən şeir.

Şeirin insanı hərəkətə gətirən qüvvə olduğu açıqca etiraf edilməlidir. O iradəsi qırılıb, kölələşdirilmiş kütlələrə rəhbərlik etmək çağırışına qarşı çıxır, nüfuzunu istifadə edib həyatda mövqe tutanların yanında olmaq çağırışına qarşı çıxar.

Axmaqlar süni və saxta bir dünyada yaşayırlar: digərləri üzərində tətbiq edə bildikləri bir nüfuza söykənərək, içi boş şablonlarla oturtduqları insanca şeylərə əsaslanan həqiqətləri rədd edərlər. Onların dünyası, mənası boşaldılmış, gerçəkliyin xaricinə düşmüş bir dünyadır. Şair sözdə özünü ifadə etməyin yolunu axtarmır, gerçəkliyə qoşulmağın bir yolunu axtarır ancaq. Sözə müraciət edir, amma onda sözün kökündəki o ilk dəyəri axtarır; kəlmənin yaradıldığı andakı, kəlmənin bir məna ifadəsi deyil, bir başa gerçəkliyin bir parçası olduğu andakı o sehiri axtarır. Şair söz vasitəsiylə gerçəkliyi ifadə etmir, gerçəkliyə qoşulur, onun bir parçası olur.

Buna da bax: "Günel Treu: Qadın ya şeir yazar, ya da ağlayar"

Şeir qapısının açarı ya da qıfılı yoxdur. O özünü sirli-sehirli ahənginin köməyilə qoruyur. Sadəcə saflaşdırıcı ocağa öyrəşənlər, barmaqları alova toxunan kimi alışanlar, yəni məsumlar bu qapını açıb həqiqətə qoşula bilərlər.

Şeir bu dünyanın sadəcə axmaqların yaşadığı bir yer olmaması üçün mübarizə aparır, şeirin tək məqsədi budur.

"Revista Poesia" dərgisi N 9. 1961-ci il.

Tərcümə: Alyoşa

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG