Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 10:37

ABŞ-la Cənubi Koreya təlimlər keçirir


ABŞ-Cənubi Koreya təlimləri, arxiv fotosu

ABŞ-Cənubi Koreya təlimləri, arxiv fotosu

-

Avqustun 22-də Birləşmiş Ştatlarla Cənubi Koreya illik hərbi təlimlərə başlayıb.

Bu ilki təlimlərdə 25 min Amerika və 50 min Cənubi Koreya əsgəri iştirak edir. Təlimlər sentyabrın 2-dək davam edəcək.

Daha öncə Pxenyan cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq etmişdi.

Şimali Koreya ordusu xəbərdarlıq etmişdi ki, Seulla Vaşinqton hər hansı aqressiya əlaməti göstərsə, “qabaqlayıcı nüvə zərbəsi” endirəcək.

Pxenyan tez-tez belə təhdidlər edir.

Bu təlimlərdən bir neçə gün öncə Seul bildirib ki, Pxenyanın Londondakı səfirliyinin ikinci dərəcəli əməkdaşı Cənubi Koreya tərəfə keçib, Pxenyan rəhbərliyi onu xəyal qırıqlığına uğradıb. Şimalın dövlət mediası diplomatı “cinayətkar” adlandırıb.

Şimali Koreya yanvarda dördüncü nüvə sınağı keçirib. Bundan sonra BMT sanksiyaları sərtləşdirib, Pxenyan isə daha bir neçə ballistik raket sınağı keçirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG