Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 23:44

İraq bu səhər 36 İŞİD-çini edam edib


Iraqda İŞİD silahlıları (arxiv fotosu)
Iraqda İŞİD silahlıları (arxiv fotosu)

Avqustun 21-də İraq hökuməti İslam Dövləti qruplaşmasının (İŞİD) 36 üzvünü edam edib. Onlar səhər tezdən Nasiriye həbsxanasında edam olunublar.

Edam olunanlar 2014-cü ildə Tikrit yaxınlığındakı Speicher düşərgəsində 1700 adamın ölümündə ittiham olunublar.

2014-cü ildə İŞİD sözügedən düşərgəni ələ keçirəndən sonra 1700 nəfərin ölümü ilə nəticələnən qətliam törətmişdi. Sonradan həmin qətliamın video görüntülərini və şəkillərini yaymışdı.

Buna da bax: Türkiyədə ölənlərin sayı 50-yə çatıb

Hadisədən bir il sonra İraq ordusu düşərgəni geri alandan sonra toplu məzarlar tapılmışdı.

İraqın baş naziri Haydar al Abadi keçən ay Bağdadda 300-dən çox adamın ölümünə səbəb olan terror aktından sonra terrora görə ittiham olunanların edamlarının sürətləndirilməsinin vacib olduğunu demişdi.

Buna da bax: Nardaran işi: 'Sanki topuq, kim hardan gəldi, təpikləyirdi'

XS
SM
MD
LG