Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:59

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trupm qaradərililərə səslənərək «Kasıblıq içində yaşayırsınız, məktəbləriniz bərbad vəziyyətdədir, işiniz yoxdur, itirəcəyiniz nəyiniz var? Trump kimi birini dəstəkləməklə nə itirərsiniz?» deyib.

Miçiqan ştatındakı bu çıxışında Trump qaradərililərin demokratların hakimiyyəti altında kasıblaşıb əziyyət çəkdiyini iddia edərək ona səs vermələrini istəyib.

Buna da bax: Trump acı sözlərinə görə peşman olub?

ABŞ-da qaradərililər səslərini adətən Demokrat Partiyasının namizədinə verirlər. Keçirilən sorğulara görə, qaradərililərin yalnız 100-də biri Trumpa səs verəcəyini bildirib.

Trump bundan əvvəl qaradərili olduğu üçün Barack Obamaya etibar edilməyəcəyini, onun Ağ Ev üçün uyğun namizəd olmadığını bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG