Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:28

Taekvandoçu Radik İsayev Azərbaycanın ilk qızıl medalını qazandı


Taekvandoçu Radik İsayev Azərbaycanın ilk qızıl medalını qazandı
Taekvandoçu Radik İsayev Azərbaycanın ilk qızıl medalını qazandı

Rioda keçirilən Olimpiya Oyunlarında taekvandoçu Radik İsayev Azərbaycanın ilk qızıl medalını qazanıb. O, final görüşündən sonra Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya bunları deyib:

«Sadəcə ayaqlarım ağrıyır. İlk döyüşdən belə idi. Mən özümə söz verməmişdim çempion olacam. Sadəcə bacardığımın ən yaxşısını etdim. Hər döyüşdə belə edirəm. Fikirlərim düşdüyüm situasiyaya görə dəyişir. Özüm özümə «çıxım çempion olum» deyə bilmərəm. Rəqiblərin heç birinin fərqi yox idi. Qələbəmi, qızıl medalımı ilk azarkeşim olan anama həsr edirəm. O, mənim medallarımı yığır. Bunun üçün otaq da ayırıb. Mənim kolleksionerim odur. Onun üçün qalib olduğum turnirin fərqi yoxdur».

Buna da bax: Azərbaycanın Rio-de-Janeyroda ilk medalı

Radik İsayev Azərbaycan bayrağını ən yüksəyə qaldırdığı üçün qürur duyduğunu bildirib: «Azərbaycan bayrağını yüksəkdə görəndə qürur duydum. O hissləri tam ifadə etmək mümkün deyil. İstəmirəm qızıl medallar mənimlə bitsin. Lorenzo Sotomayora da uğurlar arzu edirəm. Başqa nə deyə bilərəm? Qızıl haqqında düşünmürdüm. Məqsədim medal qazanmaq idi. Ancaq sonda birinci oldum və biz Azərbaycan himnini Rioda dinlədik».

Buna da bax: Olimpiadanın qızıl medalının neçə faizi qızıldı

Bununla da Azərbaycan yığması 15-ci medalını qazanıb. Onlardan 1-i qızıl, 4-ü gümüş, 10-u bürüncdür.

Buna da bax: Olimpia çempionunun atası: «Cahangir Əsgərova demişdilər ki, Nicat alkaşdır, atası da müxalifətçi»

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG