Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:00

Merkel: “Tamam qapanan bir qadının cəmiyyətə uyğunlaşa bilmək şansı çox azdır”


Foto Arxiv

Foto Arxiv

Fransanın Aralıq dənizi sahillərində burkini ilə çimməyin qadağan olunması ilə bağlı müzakirələrə Almaniya kansleri Angela Merkel də qoşulub.

Merkel deyib ki, burkalı bir qadın Almaniyaya uyğunlaşa bilməz.

Redaktions-Netzwerks Deutschland-ə müsahibəsində Merkel deyib ki, tamam qapanan bir qadının cəmiyyətə uyğunlaşa bilmək şansı çox azdır.

Merkel burkanın qadağan edilib edilməyəcəyi haqqında isə fikir bildirməyib. Deyib ki, siyasi, hüquqi qiymətləndirməyə ehtiyacı olan bu mövzuda daxili işlər naziri Thomas De Maiziere-yə dəstək verir.

Almaniyanın daxili işlər naziri De Maiziere deyib ki, hüquqi səbəblərə görə burkanın bötövlükdə qadağan edilməsinə qarşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG