Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:36

Baş nazirin dilənçiyə 5 dollar verməsi müzakirələrə səbəb olub


Malcolm Turnbull
Malcolm Turnbull

Avstraliyanın baş naziri Malcolm Turnbull-ın dilənçiyə 5 Avstraliya dolları verməsi müzakirələrə səbəb olub.

Turnbull Melburnda yolda əl verib görüşdüyü dilənçinin qabına 5 Avstraliya dolları qoyub.

Bu haqda Avstraliyada çıxan Daily Mail qəzeti yazır.

Melburunun bələdiyyə sədri Robert Doyle deyib ki, dilənçiyə pul vermək narkotikə qurşanan adama kömək etmək və yoxsulluğun qalmasına şərait yaratmaq deməkdir. Bəzi adamlar isə baş naziri şou göstərməkdə ittiham edib. Dilənçiyə 5 dollar verdiyinə görə baş naziri xəsislikdə günahlandıranlar da tapılıb.

İyul ayında baş nazir seçilmiş Turnbull-ın isə haqqında deyilənlərə reaksiyası belə olub: “Bu insani bir hərəkət idi. Əgər bu kimlərinsə xoşuna gəlməyibsə, üzr istəyriəm”.

XS
SM
MD
LG