Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:18

Növbəti bürünc medal


Taekvondo. Foto arxiv
Taekvondo. Foto arxiv

Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında taekvondo yarışları davam edib. Azərbaycanı təmsil edən taekvondoçu Milad Beiqi Harçeqani (80 kq) ölkə yığmasının aktivinə növbəti bürünc medalı əlavə edib.

Harçeqani üçüncü yer uğrunda görüşdə polşalı Pyotr Pazinskiyə 12:0 hesabı ilə qalib gələrək, Olimpiya Oyunlarında 3-cü yer tutub.

Rioya tam heyətlə yollanan Azərbaycanın taekvondo yığmasının heyətində ilk Patimat Abakarova (49 kq) dayanq üzərinə çıxıb. O, yarışı bürünc medalla başa vurub. Yığmanın digər üzvü Radik İsayev (+80 kq) isə avqustun 21-də mübarizəyə qoşulacaq.

Azərbaycan XXXI Yay Olimpiya oyunlarına 56 idmançı ilə qoşulub. Onların bir çoxu artıq mübarizəni dayandırıb.

Hazırda Azərbaycan yığmasının aktivində 13 medal var. Onlardan 9-u bürünc, 4-ü gümüşdür.

XS
SM
MD
LG