Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:19

ABŞ Suriya ordusunun Hasekedə kürd silahlılarına qarşı hava zərbələri endirməsindən sonra bu bölgəyə döyüş təyyarələrini göndərib.

Bu haqda ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü Jeff Davis məlumat verib.

Suriya ordusunun Hasekedə YPG-nin (kürdlərin silahlı qolu) nəzarətindəki əraziləri bombardman etməsi davam edir.

Suriya ordusu hava hücumlarına kürd silahlılarının səbəb olduğunu, onlara cavab verildiyini bildirib.

Suriya dövlət televiziyası YPG silahlılarını dövlət idarələrinə hücum etməkdə, neft və pambıq oğurlamaqda, silahsız adamları girov götürməkdə və xaos yaymaqda ittiham edib.

Hasekenin bir hissəsi kürd silahlılarının, bir hissəsi Suriya ordusunun əlindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG