Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 17:59

ADO teatr mövsümü "GOTT"la açacaq


ADO teatrın yeni tamaşası "GOTT"un posteri.

ADO teatrın yeni tamaşası "GOTT"un posteri.

-

GOTT və ya Cənnətin işğalı – ADO`da premyerası olacaq

Avqustun 26-da saat 19:00 da yeganə müstəqil underground teatrı olan ADO 4-cü mövzümünün ilk premyerasını edəcək. Bu dəfə teatr tamaşaçılarının qarşısına yeni tamaşa olan GOTT digər adı ilə “Cənnətin işğalı” ilə çıxacaq.

Teatrın yaydığı məlumatda deyilir ki, uzun sürən zamandan sonra yeni tamaşanın premyerası olacaq: “Bu tamaşa Azərbaycan mədəniyyətinə yenilik gətirəcək bir forma və üslubla hazırlanıb. Tamaşa eyni zamanda cəmiyyətin dəyişməsində, bütləşmiş, lazımsız tabuların qırılmasında özünəməxsus rol oynayacaq”.

Buna da bax: "Fransada indi yüz dəfə ayağa qalxmışdım, amma burda..."


Tamaşanın müəllifi və rejissoru isə teatrın təsisçi və rəhbəri Elmin Bədəlovdur. Geyim və dekorları teatrın rəssamı Leyla Quliyeva tərtib edib. Tamaşadakı rolları isə Ceyhun Zabitli, Orxan İsgəndərli, Qadir Əsədov, Elza Furtado, Kamal Aken və Sahib Kərimli canlandıracaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG