Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:30

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Trumpun seçki qərərgahının sədri Paul Manafort avqustun 19-da istefa verib.

Bu, Manafortun Ukraynadakı siyasi partiyaya lobbiçilik etməsi ətrafında dolaşan məlumatlar fonunda baş verir.

Donald Trump Manfortun onun seçki kampaniyasındakı işini yüksək qiymətləndirib və onu əsil peşəkar adlandırıb.

Manafort 2004-2010-cu illərdə keçmiş Ukrayna prezidenti Viktor Yanukoviç və onun“Regionlar partiyası”nın seçkiqabağı kampaniyasının müşaviri olub.

Ukraynanın milli antikorrupsiya bürosu ayın əvvəllərində Manaforta 12,7 milyon dollar ödənilməsi barədə sənədlər aşkar edildiyini bəyan edib. Amma büro onun bu pulu alıb-almamasının aydın olmadığını bildirir.

ABŞ qanunları xarici lobbiçilərin xarici agent kimi qeydiyyatdan keçməsini tələb edir, amma Manfort bunu etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG