Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:33

Rio de Janeyro Olimpiya oyunlarında güləş yarışları davam edir.

Avqustun 19-da Azərbaycanı təmis edən sərbəst güləşçilər Hacı Əliyev (57 kq) və Cəbrayıl Həsənov (75 kq) mübarizəyə qoşulub.

Cəbrayıl Həsənov 1/8 finalda kolumbiyalı Karlos Arturo İzquerdo ilə qarşılaşıb və rəqibinə10:0 hesabı ilə qalib gələrək 1/4 finala çıxıb.

Bu mərhələdə isə Həsənov gürcüstanlı Yakob Makaraşvili ilə qarşılaşıb və bu dəfə də 11:0 hesabı ilə inamlı qələbə qazanaraq yarımfinala çıxıb.

Yarışa 1/8 finaldan başlayan dünya çempionu Hacı Əliyevin isə ilk rəqibi cənubi koreyalı Cunsk Yun olub.

O bu görüşdə rəqibi üzərində 12:2 hesabı ilə inamlı qələbə qazanaraq ¼ finala çıxıb.

Amma Hacı Əliyev 1/4 finalda gürcüstanlı Vladimir Xinçeqaşviliyə 3:4 hesabı ilə məğlub olub.

Vladimir Xinçeqaşvili bundan sonra finala da çıxa bilib, Hacı Əliyevsə bürünc medal uğrunda güləşəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG