Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 17:40

Türkiyədə 38 min məhbusun buraxılmasına başlanıb.

Onlar ölkənin penitensiar sistemində aparılan islahatlar çərçivəsində azad edilirlər.

İstanbul ətrafındakı Silivri həbsxanasının qarşısında yüzlərlə adam qohumlarını gözləyir.

Azadlığa cəzasının yarısını çəkənlər və 2 ilədək vaxtı qalanlar buraxılır.

Yeni qayda terrorçuluq, qətl, zorlama və digər ağır cinayətlər törətmiş şəxslərə şamil edilmir.

Türkiyə həbsxanaları hələ yazdan dolmuşdu və 15 iyul uğursuz qiyam cəhdindən sonra kütləvi həbslərə görə, vəziyyət daha da ağırlaşıb.

Hazırda burda barmaqlılar arasında 213mindən çox məhbus var ki, bu normadan 26 min nəfər çoxdur.

Türkiyənin baş naziri Binali Yıldırım ötən çərşənbə günü ,15 iyul qiyamından sonra ölkədə 40 mindən çox adamın tutulduğunu bildirib.

XS
SM
MD
LG