Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 12:19

Yamaykalı idmançı Usein Bolt, avqustun 18-də Rio de Janeyroda keçirilən Olimpiya yarışlarında 200 metrlik məsafəyə qaçışda 2-ci qızıl müdalını qazanıb.

Beləliklə onun Olimpiya yarışlarında qazandığı qızıl medalların sayı 8-ə çatıb.

ABŞ millisi isə həmin gün Olimpiadada qazandığı medalların sayını 100-ə çatdırıb.

99-cu və 100-cü medalı Amerikaya yüngül atletlərDalila Muhammad və Eşli Spenser gətiriblər.

Dalila Muhammad 400 metrlikməsafəyə maneəli qaçışda qızıl, Spenser isə bürünc medal qazanıb.

Qeyd edək ki, Rio Olimpiadasında ABŞ millisi böyük fərqlə liderlik edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG