Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:02

Amerikalı üzgüçülər Cek Konqerlə Qunner Bents (Jack Conger və Gunnar Bentz) avqustun 18-də Rio de Janeyranı tərk ediblər.

Polis bir gün əvvəl evə dönərkən, ifadə vermək üçün onları təyyarədən geri qaytarmışdı.

Onlar istirahət günləri qızıl medal qazanmış digər 2 idmançı ilə birlikdə, polis formasında olan adamlar tərəfindən qarət edildiklərini iddia edirdilər.

Müstəntiqlər idmançıların ifadələri ilə baş verənlər arasında uyğunsuzluq olduğunu deyirlər.

Onların versiyasına görə, üzgüçülər yanacaqdoldurma məntəqəsində tualetin qapısını sındıraraq işçilərlə dava salıblar.

Silahlı mühavizəçilər isə onları dəymiş ziyanın əvəzini ödəməyə məcbur ediblər.

Bunu Braziliya televiziyasının cümə axşamı yaydığı videogörüntülər də təsdiqləyir.

Bundan başqa polis deyir ki, Olimpiya kəndindəki müşahidə kameraları bütün üzgüçülərin pulqabı ilə döndüklərini göstərir.

ABŞ-ın Olimpiya Komitəsi də etiraf edib ki, idmançılar polisə yalan danışıblar. Təşkilat buna görə, Braziliya xalqından üzr istəyib, amma bunun milli komandanın imicinə təsir eləmədiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG