Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:37

Türkiyə prezidenti Racep Tayyip Erdogan Fətullah Gülen tərəfdarlarını indi də PKK yaraqlıları ilə əlbir olmaqda günahlandırır.

O bildirib ki, Türkiyə hazırda əlbir olan müxtəlif terrorçu təşkilatların birgə hücumları ilə üzləşib.

Erdogan deyib ki, kürd yaraqlılarının 7 nəfərin ölümü, 224 nəfərinsə yaralanması ilə nəticələnən son hücumunda Gülən tərəfdarlarının da əli var.

Qeyd edək ki, Türkiyə 15 iyul uğursuz qiyam cəhdinə görə hazırda ABŞ-da yaşayan Fətullah Güləni ittiham edir və onun verilməsilə bağlı Vaşinqtona müvafiq sənədlər də göndərib.

Amma Ankara onun verilməsi ilə bağlı hələlik Vaşinqtona rəsmi sorğu göndərməyib.

Erdogan çıxışında qeyd edib ki, Vaşinqton bu məsələdə strateji tərədaşının işini cətinləşdirməməlidir.

Qeyd edək ki, Fətullah Gülen ittihamları rədd edir.

15 iyulda uğursuz çevriliş cəhdindən sonra ölkədə 40 mindən çox adam saxlanıb, onların 20 mindən çoxu həbs olunub.

80 mindən çox adam isə işdən çıxarılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG