Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:42

Mən əsgər gedirəm, mənim ölkəmin inqilab baş versin təfəkküründə


Cəbhədə azərbaycan əsgəri.

Cəbhədə azərbaycan əsgəri.

-

İbrahim Xudayi

"MƏN ƏSGƏR GETMİRƏM"

Mən əsgər getmirəm, məmur tayfası,
Uzanıb taxtına keyfini görsün.
Mən əsgər gedirəm, gələcək nəsil,
Firavan ömrünü, gününü sürsün.

Mən əsgər getmirəm, ana vətənə,
Hər duran söyləsin anamdır vətən.
Mən əsgər gedirəm, ana olduğun,
Dərk etsin bu vətən qoy həqiqətən.

Mən əsgər getmirəm, ucalsın İslam.
Saxlasın özünə təşəkkürün də.
Mən əsgər gedirəm, mənim ölkəmin,
İnqilab baş versin təfəkküründə.

Mən əsgər getmirəm şəhid olmağa,
Şəhidlik ən uca məqam sayılsın.
Mən əsgər gedirəm, vətən naminə,
Bir sətir yazan da adam sayılsın.

Mən əsgər getmirəm, ulu öndərin,
Adımı zikr edim gəlməkçün xoşa.
Mən əsgər gedirəm, Məmməd Əminin,
Çəkdiyi əziyyət cıxmasım boşa.

Buna da bax: "Dəbdən düşüb məktub yazmaq. Zəng eləsən, sevinərəm"

Birlər

İnsanı imtahan eləyir Allah,
Bu işdə nə məntiq nə də səbəb var.
Allah öz quluna etibar etmir,
Qul niye Allaha etsin etibar?

*

O dosta dəyərəm həyatda əhsən,
Boğulsan səninlə boğulacaqsa.
Neynirəm qum sayı qədər dostu men,
Küləyə düşəndə dağılacaqsa...

*

Nə savab istədin nə də yaxşılıq
Ömrümü cənnətə çevirən Ana.
Təmənna güdmədən cənnət verirsən,
Allahdan çox seni sevirəm Ana.

*

"O dünya " deyilən ikinci şans yox,
Var isə rəsmini çək mənə göstər.
Gör insan nə qədər eqoistdir ki,
Öləndən sonra da yaşamaq istər.

*

Mollaya doğrunu göstərmək üçün,
Elmdən danışıb, inandırırdım.
Sanki kor adamın görməsi üçün,
Qaranlıq otaqda şam yandırırdım.

*

Qarabağ yurduna gedə bilərik
Bu gediş gecikir, səbəbi çoxdur.
Ayağı olanın ürəyi yoxdur
Ürəyi olanın ayağı yoxdur..

*

Nə günəş günahkar sayılır nə ay,
Şeytanla Allahı baş-başa qoyaq.
Özləri həll etsin öz işlərin qoy,
Canımız dincəlsin rahat yaşayaq.

*

Gənc şair İbrahim Xudayi

Gənc şair İbrahim Xudayi

Neçə milyard insan ölüb həyatda,
Çoxları da günahkardır, bir düşün.
Cəhənnəmdə yananların göz yaşı
Söndürəcək cəhənnəmin atəşin.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG