Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:10

Azərbaycanın aparıcı pivə istehsalçısı işini müvəqqəti dayandırır


'Baltika' pivəsinin reklamı
'Baltika' pivəsinin reklamı

2016-cı ilin 6 ayında ötən ilin eyni dövrü ilə müqayisədə pivə bazarında təqribən 30 faiz azalma olduğu bildirilir. Bu barədə «Baltika-Bakı» şirkətinin yarımillik hesabatında deyilir.

SƏBƏB…

Hesabatda bildirilir ki, bunun səbəbi ölkədə yaranmış ağır makroiqtisadi vəziyyət və qanunvericilik tənzimləməsidir: «Milli valyutanın devalvasiyası və əhalinin alıcılıq qabiliyyətinin düşməsi satışların azalmasında əsas səbəb olub. Səbəblərdən biri də 2016-cı il yanvarın əvvəllərində aksiz markası vurulan malların nağd şəkildə satışını qadağan edən qanunun qısa müddətə qüvvəyə minməsi oldu. Bu, bazarın texnoloji cəhətdən hazır olmadığını göstərdi və məhsul satışlarının kəskin şəkildə azaltdı».

SATIŞ HƏCMİ 25 FAİZ AZALIB

Şirkət bildirir ki, nəticədə tədarük zənciri yalnız fevralın sonuna bərpa edilib: «2016-cı ilin birinci yarımilliyində müşahidə olunan satış ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz azalıb».

Buna da bax - 'Bakı-Baltika' Azərbaycandan gedə bilər

ŞİRKƏT XƏBƏRDARLIQ EDİR

Şirkət xəbərdarlıq edir ki, aksiz markası vurulmalı olan malların nağdsız satışı və mütləq şəkildə öncədən ödənişi haqqında qanunun qüvvəyə minməsi pivə istehsalına əlavə maneələr törədəcək: ««Baltika-Bakı» ölkədə şəffaf mal dövriyyəsinin təmin edilməsi üzrə dövlətin səylərini dəstəkləyir. Lakin tədarük zəncirinin yeni biznes modelinə keçməyə texniki cəhətdən hazır olmaması, kiçik və orta bizneslər üçün əvvəlcədən ödəniş əsasında hesablaşma forması pivə sənayesini ağır duruma aparacaq. Şübhəsiz ki, bu, satışların daha da azalmasına və müəssisənin gəlirinin aşağı düşməsinə gətirib çıxaracaq».

XƏRCLƏR 420 MİN MANAT ARTIB

Hesabatda xatırlanır ki, Tarif Şurasının mayın 16-da suyun qiymətini artırması pivənin istehsal xərclərini artırıb: «Bu biznes üçün yeni zərbə oldu. Belə ki, su növlərinin xammal və texniki təyinatı üzrə ayrılmasının ləğvi və standart 8 manat qiymətin təyin edilməsi şirkətin xərclərini tək 2016-cı ildə 420 min manat artırır. Hazırda şirkətin rentabelliyi təhlükə altındadır».

ƏMƏKDAŞLARIN 80 FAİZİ MƏZUNİYYƏTƏ GÖNDƏRİLƏCƏK

Şirkət bildirir ki, «qaynar mövsüm» başa çatdıqdan sonra iki aylıq məcburi boşdayanmaya çıxmaq qərarı verilib: «Bu dövr ərzində pivə istehsalı və pivənin süzülməsi dayandırılacaq. Şirkətin fəaliyyəti hazır məhsulun istehsalınavə satışların dəstəklənməsi üçün minimal maliyyə, inzibati əməliyyatlara köklənəcək. Sözügedən dövrdə əməkdaşların təqribən 80 faizi məzuniyyətə göndəriləcək. Sosial paketin qüvvədə qalması şərti ilə, əmək haqlarının yalnız 2/3 hissəsi ödəniləcək».

«Baltika-Bakı» pivə istehsalı zavodu, «Carlsberg Group»un bir hissəsi olaraq Xırdalan şəhərində, Azərbaycanın paytaxtından 10 km məsafədə yerləşir. Şirkətin 75 faiz bazar payı var. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir. Şirkətdə təqribən 250 əməkdaşın çalışdığı bildirilir. Verilən məlumatlara görə, təxminən 400 nəfər (distributor, agentliklər və podratçılar) iş prosesinə cəlb olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG