Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:21

Rusiya Suriyanın Hələb şəhərində 48 saatlıq atəşkəsə razılaşıb. Bu razılıqdan öncə, avqustun 18-də internetdə hava zərbəsindən xəsarət almış suriyalı oğlan uşağının videosu yayılmışdı.

Videoda təcili yardım maşınındakı oğlanın üzü toza, qana bulaşıb. Sifəti dəhşət içindədir.

Bu video ötən il Türkiyə sahillərində cəsədi tapılmış suriyalı körpənin fotosunu yada salıb.

«Bu balaca oğlan müharibə gedən, ölüm, dağıntı baş verən ölkəsində bircə günü də normal yaşamayıb», - Dövlət Departamentinin sözçüsü John Kirby hələbli oğlan barədə bunları deyib.

Gələn həftə atəşkəs dönəmində Hələbə humanitar yardım çatdırılacaq və bu, gələcəkdə mümkün atəşkəslərdən ötrü «pilot layihə» olacaq, - rusiyalı general Igor Konashenkov avqustun 18-də bildirib. Onun sözlərincə, Rusiya BMT-nin bu şəhərə yardımlarını mühafizə etməyə hazırdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG