Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:22

İranın pulu məhbuslar buraxılandan sonra verilib


Dövlət Departamentinin sözçüsü John Kirby
Dövlət Departamentinin sözçüsü John Kirby

ABŞ Dövlət Departamenti bildirir ki, amerikalı məhbusların buraxılmasından əmin olandan sonra İrana məhkəmə qərarıyla 400 milyon dollar verilib. İlk dəfədir ki, yanvarın 17-də İranın amerikalı məhbusları azad etməsiylə nağd ödəniş arasında əlaqənin olduğu açıq bildirilir.

Respublikaçılar indiyədək deyirdilər ki, həmin pul məhbuslara görə girovpulu kimi ödənib. Amma Obama administrasiyası bunu təzyiq vasitəsi kimi təqdim edib.

Dövlət Departamentinin sözçüsü John Kirby avqustun 18-də deyib ki, 36 il ərzində İranla diplomatik münasibətlər kəsildiyindən, məhbuslar buraxılmayınca 400 milyon dollar ödənməyib: «Adamların təhlükəsiz şəkildə oradan çıxa bilməsindən ötrü maksimum təzyiq vasitəsini saxladıq».

Bir gün öncə «The Wall Street Journal» insidentlə bağlı yeni detalları açıqlayıb. Məlumata görə, üç amerikalının olduğu «Swiss Air Force» təyyarəsi Tehrandan havaya qalxmayınca, İrana nağd pulu aparan təyyarənin Cenevrə aeroportundan qalxmasına icazə verilməyib.

XS
SM
MD
LG