Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:49

Azərbaycan 11-ci medalını qazandı


Rio-2016
Rio-2016

Avqustun 18-də Azərbaycanın qadın güləşçisi Nataliya Sinişin Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, güləş yarışlarının beşinci günündə 53 kiloqram çəki dərəcəsində çıxış edən Nataliya Sinişin ilk görüşündə yaponiyalı 13 qat dünya və üçqat Olimpiya çempionu Saori Yoşidaya məğlub olub. Rəqibin finala yüksəlməsi ilə o, təsəlliverici görüşlərdə iştirak hüququ qazanıb. Bürünc medala gedən yolda Nataliya Sinişinin ilk rəqibi seneqallı Elezabet Sambu olub. Rəqibini məğlub edən Nataliya Sinişin üçüncü yer uğrunda görüşdə venesuelalı Angelisa Arquelladan üstün olub və XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb.

NATALİYA SİNİŞİN KİMDİR?

Nataliya Sinişin 1985-ci il iyulun 3-də Ukraynanın Sosnivka şəhərində anadan olub. 2006-cı və 2009-cu il dünya çempionatlarının bürünc medalçısıdır. Güləşçi 2015-ci ildə Azərbaycanın paytaxtı Bakıda keçirilən ilk Avropa Oyunlarında bürünc medal qazanıb.

Nataliya Sinişin 2009-cu ildə Vilnüsdə, 2012-ci ildə Belqradda və 2016-cı ildə isə Riqada Avropa çempionatının qızıl medalına sahib olub.

REKORD, AMMA...

Bununla da Azərbaycan Rio-2016-da 11-ci medalını qazanıb.
Azərbaycan bu vaxta qədər ən yüksək nəticəni London olimpiadasında göstərib. Həmin olimpiadada 10 medalqazanılıb. Ancaq onda medalların 2-si qızıl olub. İndi isə 11 medal gümüş və bürüncdən ibarətdir.
Rio-2016-da cüdoçular Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), qadın güləşçi Mariya Stadnik (48 kq)və kanoeçi Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) gümüş medal qazanıblar. Yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq), qadın güləşçi Nataliya Sinişin (53 kq), kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə), taekvondoçu Patimat Abakarova (49 kq) və boksçu Kamran Şahsuvarlı (75 kq) bürünc medala sahib çıxıblar. Bürünc medal qazananlardan sonuncusu daNataliya Sinişindir.

XS
SM
MD
LG