Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:38

İki AXCP fəalından xəbər yoxdur


Arxiv fotosu: AXCP fəallarının toplantısı
Arxiv fotosu: AXCP fəallarının toplantısı


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki üzvünün avqustun 18-i səhər saatlarından saxlandıqları güman edilir. Bu haqda "Turan" informasiya agentliyinə AXCP-dən bildiriblər.

Partiyadan deyiblər ki, AXCP-nin Xətai rayon şöbəsinin gənclər komitəsinin sədri Fuad Əhmədli və partiyanın Suraxanı şöbəsinin fəalı Qədim Bəkirov saxlanıb. Qədim Bəkirovun hazırda Suraxanı rayon Polis İdarəsində olduğu güman edilir.

Ancaq Suraxanı rayon Polis İdarəsinin növbətçi hissəsindən Q.Bəkirovla bağlı hər hansı bilgi verməyiblər.

Bunlara da baxın: - Referendum məhbusları?

Digər cəbhəçinin isə səhər saatlarında Dövlət Təhlükəsizlik Xidmətinə aparıldığı iddia olunur. Partiyadan bildirildiyinə görə, onun mənzilində axtarış aparılıb, xeyli sayda kitab götürülüb.

Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyindən Fuad Əhmədli ilə Qədim Bəkirovun saxlanması ilə bağlı bilgi almaq mümkün olmayıb.
Partiyadan verilən bilgilərə görə, daha bir neçə üzviləri polisə gəlmələri barədə çağırışlar alıblar.

AXCP fəalların çək-çevir edilməsini onların daxil olduğu Milli Şuranın sentyabrın 26-na təyin edilmiş referendumun əleyhinə olması ilə izah edir.

Milli Şura referenduma çıxarılan dəyişiklik təkliflərinin əleyhinədir. Müxalif birlik həmin təkliflər əleyhinə etiraz aksiyaları keçirmək istədiyini açıqlayıb.

AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib ki, cəbhəçiləri polisə aparıb təzyiqlər edirlər. Bunda da əsas məqsəd etiraz aksiyalarının təşkilinə mane olmaqdır.

Avqustun 18-i daxili işlər nazirinin müavini Oruc Zalov da referenduma hazırlıqla bağlı müşavirədə demişdi ki, Azərbaycanda razılaşdırılmamış heç bir aksiyaya icazə verməyəcəklər.

Bu il sentyabrın 26-da ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçiriləcək.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır.

Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG