Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:57

Mutko: "Rusiya Antidopinq Agentliyinin maliyələşdirilməsini dayandıra bilər.


Vitaly Mutko

Vitaly Mutko

“Əgər Beynəlxalq Antidopinq Agentliyi yaxın vaxtlarda Rusiya Antidopinq Agentliyinin hüquqlarını bərpa eləməsə, Rusiya bu təşkilatın maliyyələşdirilməsini dayandıra bilər”.

Bunu “ R-Sport” nəşrinəRusiyanın idman naziri Vitaly Mutko bildirib.

Qeyd edək ki, Beynəlxalq Antidopinq Agentliyi 2015-ci ilin noyabrında Moskvadakı antidopinq laboratoriyasında pozuntulara yol verilməsi barədə hesabat açıqlayıb.

Agentliyin müstəntiqləri Rusiya idmanında dopinqdən istifadəni “Dövlət tərəfindən dəstəklənən mədəniyyət” adlandırıb.

2016-cı ilin iyulunda isə agentlik Rusiyada daha bir dopinq qalmaqalı ilə bağlı hesabat açıqlayıb.

Bundan sonra 100-dək rusiyalı idmançı Rio Olimpiyadasına buraxılmadı.

Günün bütün mövzuları

XS
SM
MD
LG