Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:25

Rusiyanın Müdafiə Nazirliyi avqustun 18-də İranın Həmədan bazasından qalxan və Suriya ərazisini bombalayan təyyarələrin görüntülərini yayıb.

Nazirliyin məlumatına görə SU-34 bomardmançı təyyarələri “İslam Dövləti” qrupunun Deyr ez Zor əyalətindəki obyektlərini vurub.

Əməliyyatda qəlpəli-fuqas bombalarından istifadə edilib.

Əməliyyat zamanı SU-34 təyyarələriniSuriyanın Hmeymim bazasında yerləşən SU-35 qırıcı təyyarələr müşaiyət edib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə əməliyyat zamanı 2 komandanlıq məntəqəsi və iri təlim düşərgəsi vurulub, 150 yaraqlı məhv edilib. Təyyarələrin hamısı əməliyyatdan sonra bazaya dönüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG