Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:08

Argentina məhkəməsi Lorcanın qətlini araşdırır


İspan şairi Federico Garsia Lorca
İspan şairi Federico Garsia Lorca

-

Argentina məhkəməsi ispan şairi Federico Garsia Lorcanın ölüm şəraitini araşdırmağa başlayıb. İstintaq Argentinanın Tarixi Dəyərlərin Bərpası Asossasiyasının təşəbbüsü ilə başlanıb. Hakim Maria Servini 1936-cı ildə Lorcanın Grenadada itkin düşməsi ilə bağlı şikayəti qəbul edib. Asossasiyanın rəhbəri Emilio Silva BBC-yə deyib ki, şairin ölümü ilə bağlı bənzər müraciəti İspaniya məhkəmlərinə də ediblər.

Hakim Maria Servini İspaniya vətəndaş müharibəsi dövrünə bir sıra cinayətlərin araşdırılması ilə məhkəmə işlərini aparması ilə məşhurdur.

Buna da bax: "F.Garcia Lorca. Nə qədər istəsən də, olmaz"

İspan şairi və dramaturqu, musiqiçisi və qrafik-rəssamı Federico Garsia Lorca XX əsr ispan mədəniyyətinin ən parlaq mədəniyyət xadimlərindən biridir. O İspaniyada vətəndaş müharibəsi zamanı 40 ildən çox hakimiyyətdə olmuş Frankoya qarşı üsyanda Frako tərəfdarı olan millətçilər tərəfindən öldürülüb. Onun ölüm şəraiti məlum deyil.

Şairin ölümü haqda indiyə kimi sadəcə fərziyyələr var, əslində isə o sadəcə itib. 2008-ci ildə Lorca ilə birgə güllələnmiş müəllimin nəvəsi babasının meyidinin tanınması üçün qardaşlıq məzarının açılmasını istəmişdi. O zamana qədər Lorcanın cəsədinin həmin məzarlıqda olduğuna inanırdılar. Lakin məzarlıq açılanda Lorcanın qalıqları ordan çıxmayıb.

Xatırladaq ki, İspaniyada vətəndaş müharibəsi dönəmində hər iki tərəfdən birlikdə 500 mindən çox insan həlak olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG