Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 07:40

Rövşən Lənkəranski öldü


Istanbul
Istanbul

Rövşən Lənkəranski (Canıyev) İstanbulun Florence Nightingale Xəstəxanasında dünyasını dəyişib. APA-nın Türkiyə müxbiri xəbər verir ki, onun cənazəsinin Azərbaycana göndərilməsi üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda sənədləşmə işlərinə başlanılıb.

Rövşən Lənkəranskinin atışmada yaralanmış sürücüsü isə İstanbulun Şişli Hamidiye Tədris və Araşdırma Xəstəxanasının reanimasiya şöbəsindədir.

Reanimasiya şöbəsinin həkimi Şəbnəm Türk bildirib ki, onun qarın nayihəsindəki güllələr çıxarılıb.

***

Türkiyənin “Sözçü” qəzeti İstanbul polisindəki mənbələrə istinadən gecəki hadisənin bəzi yeni təfərrüatlarını əldə edib. Məlum olub ki, killerlərin gülləbaran etdiyi “Range Rover”də Rövşən Canıyevlə birlikdə üç nəfər olub. Killerlərin atəş açmasından dərhal sonra avtomobildən onlara cavab atəşi açılıb. “Range Rover”in sürücüsü və Rövşən Canıyev çoxsaylı güllə yaraları alıb. Aldığı yaralardan sürücü yerində keçinib, Rövşən Canıyev isə başından aldığı güllə yarasından xəstəxanada ölüb. Polisdəki mənbələrin bildirdiyinə görə Canıyevə 5 güllə dəyib, güllələrdən biri onun gözündən dəyib və beynini dağıdaraq başının arxa tərəfindən çıxıb.

İstanbul Əmniyətinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi və Asayiş Şöbə Müdirliyi hadisə ilə bağlı araşdırma aparır. Hadisə yerində aparılan araşdırmada səsboğucu olan “Uzi” tapança-pulemyot, “Glock” markalı tapança, çoxlu sayda boş giliz tapılıb.

***

Azərbaycanın İstanbuldakı konsulluğundan Bizimyol.info-ya bildirilib ki, Rövşən Lənkəraniski bir neçə dəqiqə bundan qabaq vəfat edib. Yaxın dəqiqələrdə Xarici İşlər Nazirliyi də bununla bağlı məlumat yayacaq.

***

İnterfaks agentliyinə İstanbulun Şişli xəstəxanasından deyiblər ki, Rövşən Lənkəranski sağdır, ancaq vəziyyəti ağırdır. O, reanimasiyadadır.

***

Azərbaycan Daxil İşlər Nazirliyi Rövşən Lənkəranskinin Türkiyədə öldürülməsi xəbərlərini şərh etmək istəməyib.

DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov virtualaz.org-a açıqlamasında deyib ki, əgər hadisə Türkiyədə baş veribsə bu ölkənin hüquq-mühafizə orqanları araşdırmalıdır.

Bununla belə, Ehsan Zahidov onda Rövşən Canıyevin öldürülməsinə dair rəsmi məlumatın olmadığını deyib.

DİN rəsmisi Azərbaycanda heç bir “vor zakon”un olmadığını da əlavə edib: “Biz insanlara ölkə vətəndaşı kimi baxırıq. Bizim üçün ancaq qanuna əməl edən və etməyən vətəndaş anlayışı var. İkincilərlə qətiyyətli mübarizə aparırıq. Heç bir “vor zakon” tanımamışıq və tanımırıq, Azərbaycanda belələrinin kökü hələ 90-cı illərin əvvəllərindən kəsilib. Vətəndaş Rövşən Canıyevə gəldikdə isə əgər bu hadisə Türkiyədə baş veribsə qoy onlar özləri araşdırsınlar”.​

yeni videolar burda olacaq - abunə olun kanalımıza

***

Bu gecə güllələnən Lənkəraniskinin yerləşdirildiyi Şişli Etfal xəstəxanasından Bizimyol.info-yaverilən açıqlamaya görə, Lənkəraniski sağdır. Ancaq vəziyyəti son dərəcə pisdir.

Onun qohumlarına istinad edən Qafqazinfo isə yazır ki, "avqustun 18-də İstanbulda güllələnən kiriminal avtoritet Rövşən Lənkəranskinin cənazəsi Azərbaycana gətirlir."

Kriminal avtoritetin yaxın qohumu olan deputat Fəzail Ağamalı bizimyol.info-ya açıqlamasında deyib : “Çox təəssüf, çox dəyərli oğul idi” .

YEZİDİ KÜRDÜ DED XASANI KİM SİFARİŞ VERİB?

Virtual.az yazır ki, "Rövşən Lənkəranskinin İstanbulda yaşadığı çoxdan məlum idi. O, Rusiyanın məşhur kriminal avtoriteti "Ded Xasan"ın qətlinə görə cavabdeh elan edilmişdi və hazırda həbsdə olan "Şakro Molodoy" ləqəbli məşhur kriminal avtoritet Zaxari Kalaşov tərəfindən barəsində ölüm hökmü çıxarılmışdı."

Yeri gəlmişkən, Rövşən Lənkəranskinin Ded Xasanın ölümündə əli olmasını vaxtilə Lənkəranskinin Emil adlı qohumu Ukraynanın "Komsomoskaya pravda" qəzetinə müsahibəsində təkzib edirdi. O deyirdi ki, Rövşənin Aslan Usoyanla (Ded Xasanla) maraqları kəsişmirdi və normal münasibətləri var idi. "Rövşən belə edə biməzdi: o, anlayşlarla yaşayır və elə adam deyil ki, oğrunu sifariş versin".

Rusiyanın cinayətkar aləmi ilə bağlı araşdırma aparan Nyu York Universiteti professoru Mark Galeotti isə Ded Xasanın qətlində şübhəlilərdən yazanda ""onun ən barışmaz rəqibi" kimi Rövşən Caniyevi qeyd edirdi.

Galeotti həmçinin bildirirdi ki, "gürcü kriminal bossları Tariel Oniani və Zaxari Kalashov da buna göstəriş verə bilərdi. Usoyanın kriminal şəbəkəsindən bəziləri Caniyevi günahlandırmaqda davam edir, hərçənd dəlillər Onianiyə qarşı yönəlib."

OTELİN 10 METRLİYİNDƏ PUSQU

Rövşən Lənkəranskinin getdiyi maşın avqustun 18-nə gecə İstanbulda killerlər tərəfindən gülləbaran edilib.

“Range Rover” markalı maşın Beşiktaşda oteldən aralanarkən yaxınlıqda – təxminən 10 metr məsafədə pusqu qurmuş killerlər səsboğucu taxılmış avtomat silahlarla avtomobili güllə yağışına tutub. Hadisə yerli vaxtla saat 00.30 radələrində Beşiktaş Cihannüma məhəlləsi, Saray küçəsində baş verib. Maşına çoxlu sayda güllə dəyib. Killerlər istifadə etdikləri silahları hadisə yerində ataraq piyada qaçıblar.

Az sonra yayılan məlumatlara görə, Rövşən Lənkəranski aldığı yaralardan xəstəxanada keçinib.

Hadisədən sonra bölgəyə çoxlu sayda polis yeridilib.

ATASININ QATİLİNİ MƏHKƏMƏDƏ GÜLLƏLƏDİ

Rövşən Canıyev gənc yaşlarında atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib və digər işlərlə yanaşı, məhkəmə qarşısına buna görə də çıxarılıb.

Rusiyada yaşayan Rövşən Lənkəranskinin "Ded Xasan"ın qətlindən sonra Birləşmiş Ərəb Əmirliyinə - Dubaya getdiyi deyilirdi. Amma son illər onun Türkiyənin İstanbul şəhərində yaşadığı bəlli olmuşdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG