Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:47

“Rusiya İran hava bazasında yanacaq doldurur”


Suriyaya zərbə endirən Rusiya təyyarəsi

Suriyaya zərbə endirən Rusiya təyyarəsi

-

İran rəsmiləri Rusiya hərbi təyyarələrinin bu ölkənin hava bazasından yalnız yanacaqdoldurma məqsədiylə istifadə etdiyini bildirir. Rəsmilər israr edirlər ki, İran torpağında Rusiya hərbçisi yoxdur.

İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəhbəri Alaeddin Boroujerdi avqustun 17-də deyib ki, Rusiya təyyarələri İranın şimal-qərbində yerləşən Həmədan şəhərinin 50 kilometrliyindəki Shahid Nojeh bazasından istifadə edirlər. Onun sözlərinə görə, Rusiyaya icazəni İranın Ali Milli Təhlükəsizlik Şurası verib.

Son iki gündə yayılan məlumatlara görə, Həmədandakı bazadan qalxan Rusiya təyyarələri Suriyada islamçı yaraqlıların hədəflərini vurur.

Rusiya Müdafiə Nazirliyi bir neçə Su-34 təyyarəsinin Həmədandan qalxıb Suriyanın Deir al Zor vilayətinə zərbə endirdiyini, 150-dən artıq yaraqlının öldürüldüyünü bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG