Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:46

Mariya Stadnik qızılı son saniyələrdə əldən verdi


Mariya Stadnik
Mariya Stadnik

Mariya Stadnik Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında Azərbaycana gümüş medal qazandırıb.

AZƏRTAC xəbər verir ki, 48 kiloqram çəki dərəcəsində qadınlar arasında mübarizə aparan Azərbaycan güləşçisi 1/8 finalda argentinalı Patrisia Alexandra Bermudez ilə qarşılaşıb. Rəqibini təmiz qələbə ilə məğlub edən Mariya Stadnik 1/4 finala adlayıb. Ardınca Polşa təmsilçisi İvona Matkovskaya qalib gələn güləşçi yarımfinala yüksəlib. Mariya Stadnik bu mərhələdə bolqarıstanlı Elitsa Yankova üzərində təmiz qələbə qazanaraq XXXI Yay Olimpiya Oyunlarının finalına yüksəlib.

Həlledici görüşdə Azərbaycanı təmsil edən güləşçi Yaponiya idmançısı, üçqat dünya çempionu Eri Tosaka ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Mariya Stadnik son saniyələrdə məğlub olaraq Rio-2016-nın gümüş medalı ilə kifayətlənib.

Mariya Stadnik ilk Azərbaycan idmançısıdır ki, ardıcıl üç Olimpiya Oyunlarında mükafatçılar sırasında yer alır.

MARİYA STADNİK KİMDİR?

Dəfələrlə dünya və Avropa çempionatlarının qalibi olan Mariya Stadnik 2008-ci ildə Pekində keçirilən Olimpiya Oyunlarında 3-cü, 2012-ci ildə Londonda təşkil olunan Olimpiadada isə 2-ci yerə sahib olub.

Bununla da Azərbaycan Rio-2016-da 6-cı medalını əldə edib və aktivindəki gümüşlə bürünc medalların sayını bərabərləşdirib. Daha öncə cüdoçu Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) gümüş, yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq) və kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) bürünc medal qazanıb.

Braziliyanın Rio-de-Janeyro şəhərində avqustun 5-də XXXI Yay Olimpiya Oyunlarının açılışı olub. Yarışlar 17 gün davam edəcək.

Rio-de-Janeyroya Azərbaycandan 56 idmançı gedib. Onlardan bir çoxu artıq mübarizəni yarımçıq dayandırıb.

XS
SM
MD
LG