Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 19:13

-

Böyük Britaniyanın Xarici işlər naziri Azərbaycanda bir sıra siyasi fəalların, o cümlədən Natiq Cəfərlinin həbsindən narahatlıq bildirib. Bəyanatda deyilir:

“Avqustun 12-də Respublikaçı Alternativ (REAL) hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində sual doğuran – qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətindən sui-istifadə ittihamlarıyla 4 aylıq həbs qətimkan tədbiri seçilib. Son bir neçə gündə bir sıra siyasi fəallar da saxlanıb. Avropa və Amerika üzrə nazir Alan Duncan deyib: “Natiq Cəfərli daxil olmaqla, bir neçə siyasi fəalın həbsindən narahatam. Azərbaycanı beynəlxalq öhdəliklərinə əməl etməyə, insan haqları və hüququn aliliyi üzrə göstəricilərini yaxşılaşdırmağa çağırıram”.

Xatırladaq, REAL-ın daha 2 üzvü, Toğrul İsmayılov və Elşən Qasımov polisə tabe olmamaqda təqsirli bilinərək hərəsi 7 sutkalığa həbs olunub. NİDA-çı gənc Elgiz Qəhrəman barəsində isə narkotik maddələrlə bağlı ittihamla 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG