Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:56

Türkiyənin TRT televiziya kanalı iyulun 15-də qiyamçıların redaksiyanı necə zəbt etməsi və canlı efirə çıxmalarını göstərən videogörüntü yayıb.

Görüntüləri müşahidə kamerası qeydə alıb.

Silahlı adamlar redaksiyanı zəbt edir və mühavizəçiləri dərhal zərərsizləşdirirlər.

Bundan sonra onlar studiyaya girərək çevirilişlə hakimiyyətin devrilməsini elan edirlər.

Efirə çıxmaq üçün hərbçilərdən biri düz studiyada formasını dəyişir.

Bir neçə dəqiqədən sonra isə efir kəsilir və o, yalnız səhər-hərbi çevirilişin baş tutmadığı aydın olanda bərpa edilir.

15 iyul uğursuz qiyam cəhdindən sonra təxminən 100 jurnalist də daxil olmaqla ölkədə 35 min adam saxlanıb, 70 mindən çox adam işdən kənarlaşdırılıb.

Polis avqustun 17-də “Özgür Gündəm” qəzetinin daha 24 əməkdaşını həbs edib.

Türkiyə hakimiyyəti 7500 tirajla çıxan bu qəzeti PKK-nın tərəfini saxlamaqda ittiham edir.

1 ay ərzində Türkiyədə 130 kütləvi informasiya vasitəsi bağlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG