Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:20

Marmaris şəhərində qiyam vaxtı prezident Racep Tayyip Erdoganın olduğu hotelə hücum edən 11 hərbçinin məhkəməsi başlayıb.

Qeryd edək ki, Erdogan hücumdan əvvəl hoteli tərk etdiyindən plan baş tutmayıb.

Onlar 15 iyul uğursuz qiyam cəhdində ittiham olunan Fethullah Gülenlə əlbir olmaqda, qiyamda iştirak etmək və prezidentə hücuma cəhddə ittiham olunurlar.

Çərşənbə günü isə Türkiyə hakimiyyəti2 mindən çox adamın işdən çıxarılması ilə bağlı sərəncam imzalayıb.

15 iyul çeviriliş cəhdindən sonra ümumilikdə 35 mindən çox adam saxlanıb, 70 mindən çox hərbçi, hakim, polis və digər dövlət qulluqçusu işdən kənarlaşdrılıb.

Türkiyə hakimiyyəti hazırda ABŞ-da yaşayan Fətullah Gülenin vürilməsini istəyir və Vaşinqtona müvafiq sənədlər də göndərib.

Gülen ittihamı rədd edir.

Qiyam cəhdi zamanı 240-dan çox adam ölüb, 2 mindən çox adamsa xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG