Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 08:54

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının Naxçıvanda saxlanılan Ermənistan vətəndaşı Henrik Aghekyan-a baş çəkdiyi bildirilir.

APA-nın xəbərinə görə, bu haqda BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

İ.Hüseynova deyib ki, saxlanılan şəxs ailəsinə məktub göndərib.

«Ailəsinə məktub göndərilməsinə imkan yaradılıb. Eyni zamanda ailəsindən ona məlumat çatdırılıb», - BQXK nümayəndəsi deyib.

Ermənistan vətəndaşı Henrik Aghekyan-ı avqustun 7-də Naxçıvan Muxtar Respublikası ərazisinə keçmək istəyərkən Azərbaycan hərbçilərinin saxladığı bildirilir.

Henrik Aghekyan-ın 62 yaşı olduğu deyilir. Onun Azərbaycana hansı məqsədlə keçmək istədiyi açıqlanmır.

Günün bütün mövzuları

XS
SM
MD
LG