Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 12:40

Komissiya: Qırğızıstanda “soyqırımı” törədilib


-

Çar Rusiyasının 1916-cı ildə Qırğızıstanda qiyamı yatırması soyqırımı aktıdır. Qırğızıstanda yaradılmış ictimai komissiya belə bir qənaətə gəlib. Komissiya rəhbəri Azimbek Beknazarov avqustun 15-də jurnalistlərə deyib ki, komissiya bu nəticəni Rusiya və Çin hakimiyyətinin təqdim etdiyi arxiv materialı əldə edib.

Birinci dünya müharibəsi dövründə Rusiya Orta Asiya xalqlarını fəhlə kimi orduya cəlb edib ki, tikinti işləriylə məşğul olsunlar.

Qırğız və qazaxların çoxu bundan imtina edib və açıqca Rusiya hakimiyyətinə qarşı çıxıblar.

Çar Rusiyanın cəza batalyonlarında 100 mindən 270 minədək etnik qırğızın həlak olduğu bildirilir. Yüz minlərlə qırğız isə Çinin qonşu Sincan vilayətinə qaçıb.

1916-cı il hadisələri sovet dərsliklərinə salınmayıb, amma Qazaxıstanda oxşar üsyan yerli feodal ağalara qarşı qiyam kimi qələmə verilib.

Apreldə Rusiya Dövlət Dumasının sədri Sergei Naryshkin soyqırımı iddialarını rədd edib, deyib ki, “100 il öncə bütün xalqlar əziyyət çəkib”.

Günün bütün mövzuları

XS
SM
MD
LG