Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 10:43

38 min məhbusu buraxacaqlar: yer yoxdur


Türkiyə Prezidenti Recep Tayyip Erdogan Ankarada nümayiş qarşısında, 10 avqust, 2016-cı il

Türkiyə Prezidenti Recep Tayyip Erdogan Ankarada nümayiş qarşısında, 10 avqust, 2016-cı il

-

Türkiyə 38 min məhbusu azad etməyi planlaşdırılır. Bu, “nəzarət altında azadlıq” proqramı çərçivəsində həyata keçiriləcək və məqsəd ötən aykı çevriliş cəhdindən sonra kütləvi həbslərin həbsxanalardan yaratdığı sıxlığı azaltmaqdır.

Ölkənin ədliyyə naziri Bekir Bozdag avqustun 17-də hökumətin həbsdən buraxılmanı təsdiqləyən sərəncamı “Twitter”də yerləşdirib.

Onun sözlərinə görə, bu tədbir iyulun 1-dək cinayət törətmiş şəxslərə aid olacaq, qətldə, terrorçuluqda, dövlət təhlükəsizliyini pozmaqda təqsirli bilinənlərə deyil.

Bozag bunun “amnistiya olmadığını” da vurğulayıb.

Çevriliş cəhdindən öncə də Türkiyə həbsxanaları doluydu. Son bir ayda 35 mindən artıq adamın saxlanması bu yükü daha da artırıb.

Türkiyə hakimiyyəti ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gulen-i 15 iyul çevriliş cəhdinin arxasında durmaqda suçlayır, Gulen bunu təkzib edir.
15 iyul hadisələrində 240-dan çox adam həlak olub.

XS
SM
MD
LG