Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:38

Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycan beşinci medalını qazanıb.

«Report» xəbər verir ki, yunan-Roma güləşi üzrə Rəsul Çunayev bürünc medal qazanıb.

66 kq çəki dərəcəsində yer alan 25 yaşlı idmançı təsəlliverici görüşdə cənubi koreyalı Hansu Ryu üzərində təmiz qələbə qazanıb.

Görüş cəmi 2 dəqiqə 15 saniyə davam edib. Parterdə olan rəqibini bir neçə dəfə başı üzərindən çevirən Çunayev görüşü 8:0 hesablı qələbə ilə tamamlayıb.

Rəsul Çunayev yarımfinalda Miqran Arutyunyana məğlub olduğundan finala çıxa bilməmişdi.

Bu, Azərbaycanın yunan-Roma güləşində 2-ci bürünc medalı olub. Beləliklə, Rio-2016-da Azərbaycanın qazandığı medalların sayı 5-ə çatıb. Bunadək cüdoçular Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq) gümüş, yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) və kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) bürünc medala sahib olub. Eyni zamanda, boksçu Kamran Şahsuvarlı (75 kq) yarımfinaladək irəliləyərək, ən azı bürünc medalı təmin edib.

Braziliyanın Rio-de-Janeyro şəhərində avqustun 5-də XXXI Yay Olimpiya Oyunlarının açılışı olub. Yarışlar 17 gün davam edəcək.

Rio-de-Janeyroya Azərbaycandan 56 idmançı gedib. Onlardan bir çoxu artıq mübarizəni yarımçıq dayandırıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG