Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 09:01

Rusiya Bashneft səhmlərinin satışını ertələyir


Bashneft-ə məxsus neft yatağı, arxiv fotosu

Bashneft-ə məxsus neft yatağı, arxiv fotosu

-

Rusiyanın Baş naziri Dmitry Medvedev Bashneft neft hasilatı şirkətinin özəlləşdirilməsini ertələyir. Sözçüsü Natalia Timakova deyib ki, bu addım Prezident Vladimir Putin-in dəstəyilə atılıb. O, səhm satışının nə vaxtadək ertələnəcəyini açıqlamayıb.

Bu satış builki özəlləşdirmə proqramının əsas hissəsi olmalıydı və hökumətin defisitini azaltmaqdan ötrü 3 milyard dollar əldə olunacaqdı. Amma Rusiyanın güclü oliqarxlarının bəziləri üz-üzə gələcəkdi. Son həftələr satışla bağlı gərginlik yaranmışdı. Rosneft dövlət neft nəhənginin rəhbəri Igor Sechin Kremlə müraciət etmişdi ki, şirkətinin iştirakına icazə versin. Bu addım Sechin-lə Bashneft-ə digər iddialıları qarşı-qaşıya qoyub. Həmin iddialılarından biri də Lukoil şirkətinin rəhbəri Vahid Ələkbərovdur.

Başqırdıstan Respublikasının rəhbəri Rustem Khamitov Medvedev-dən satışı ertələməyi xahiş edib. Bashneft-in əsas hasilatı bu respublikadadır.

Rusiya Bashneft səhmlərinin 50 faizini satmağı planlaşdırırdı.

XS
SM
MD
LG