Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:26

-

ABŞ-ın vitse-prezidenti Joe Biden Serbiyaya birgünlük səfərindən sonra Kosovoya gəlib. Bideni Kosovo paytaxtı Priştinada Prezident Hashim Thaci həyat yoldaşıyla birlikdə qarşılayıb. Avqustun 16-da axşam keçirilən mərasimdə Rio olimpiadasında cüdo üzrə qızıl medal qazanmış Majlinda Kelmendi də iştirak edib.

Biden avqustun 17-də Thaci və Baş nazir Isa Mustafa ilə görüşəcək.

Serbiya rəsmiləri ilə goruşündə isə o, həmin ölkəni Kosovoyla münasibətləri normallaşdırmağa çağırıb, Kosovo münaqişəsi qurbanlarına da başsağlığı verib.

Serbiya Kosovonu tanımır. Kosovo müstəqilliyini 2008-ci ildə elan edib.

Qarşılıqlı münasibətlərin normallaşması hər iki ölkənin Avropa Birliyinə üzvlüyündən ötrü əsas şərtdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG