Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:56

Google Duo video mesajlaşma xidməti təklif edir


Google-un Duo və Allo appləri

Google-un Duo və Allo appləri

Google şirkəti yeni video əlaqə proqramını - Duo-nu istifadəyə verib.

Duo proqramı Apple şirkətinin FaceTime, Microsoft-un Skype və Facebook-un Messenger proqramlarına oxşardır. Və onlardan elə də fərqlənmir.

Yeganə üstünlüyü istifadəçiyə kimin zəng etməsi barədə ani məlumat verməsidir.Google bu funksiyanı "knock, knock" (qapı tıqqıltısı) adlandırır.

Duo Google-un Android və Apple-ın iPhone smartfonları üçün pulsuzdur.

Bundan başqa, Duo-dan istifadə üçün təkcə telefon nömrəsini daxil etmək lazımdır, hesab yaratmağa ehtiyac yoxdur.

Zənglər şifrələndiyindən təhlükəsizdir, lakin video görüntünün keyfiyyətini internetin sürəti təyin edir.

Google 2013-cü ildən Hangout adlı video mesajlaşma xidməti təklif edir, lakin hazırda onu biznes əlaqələri üçün uyğunlaşdırır.

Duo barəsində may ayında məlumat verilib. Şirkət mesajlara avtomatik cavab verən Allo adlanan robot yardımçı mesaj sistemini də istifadəyə verməyə hazırlaşır. Robot yardımçı dostlarınızın göndərdiyi fotolara şərhlər də yaza biləcək. Digər yenilik isə, Google Assistant adlı alətdir. Bu, ağıllı telefonları, saatları və digər cihazları idarə etmək üçün nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG